Azərbaycanda ƏMƏLİYYAT:  polisə atəş açan öldürüldü - TƏFƏRRÜAT
03 mart 2023 10:37 (UTC +04:00)

Azərbaycanda ƏMƏLİYYAT: polisə atəş açan öldürüldü - TƏFƏRRÜAT

Astarada polisin keçirdiyi əməliyyat zamanı baş verən silahlı insidentin bəzi təfərrüatları məlum olub. 

Lent.az-ın əldə etdiyi məlumata görə, polisə Şəmkir rayon sakinləri olan Seymur və Tural Musayev qardaşları tərəfindən İrandan gətirilmiş 40 kiloqramdan çox narkotikin respublika ərazisində dövriyyəyə buraxılmasına cəhd edilməsi barədə əməliyyat məlumatı daxil olub. 

Daxil olan əməliyyat məlumatı əsasında həyata keçirilən xüsusi əməliyyat zamanı adıçəkilən şəxslərin idarə etdikləri avtomobilə saxla əmri verilib. Onlar polisin qanuni tələbinə tabe olmayaraq avtomobili polis maşınının üzərinə sürüblər. Sonra isə avtomatla polis əməkdaşlarını hədələyərək atəş açıblar. Xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının olduğu maşını yararsız hala salıblar. 

Polis əməkdaşları şübhəli şəxslərə silah tətbiq etmək məcburiyyətində qalıb. Nəticədə Seymur Musayev məhv edilib, digəri isə sağ ələ keçirilib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir. 

***

saat 08:00

Astarada Şəmkir rayon sakinləri olan Seymur və Tural Musayev qardaşları tərəfindən 40 kiloqramdan çox narkotik vasitənin gətirilməsinin qarşısı alınıb.

Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Onlar saxlanılarkən polis əməkdaşlarına qarşı odlu silahla müqavimət göstərib, xidməti avtomobillərə zərər yetiriblər.

Polis əməkdaşları tərəfindən silah tətbiq edilib, nəticədə Seymur Musayev zərərsizləşdirilib, digəri isə saxlanılıb.

Hadisə yerindən 1 ədəd avtomat silah və 40 kiloqramdan artıq güclü təsiredici xassəyə malik heroin, tiryək və psixotrop maddə götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6746

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15