Azərbaycanda DƏHŞƏT:   oğul atasını taxta ilə vurub öldürdü
27 mart 2023 12:10 (UTC +04:00)

Azərbaycanda DƏHŞƏT: oğul atasını taxta ilə vurub öldürdü

Azərbaycanda oğul atasını öldürüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinə martın 23-də saat 6 radələrində 58 yaşlı Hacımirzə Aftilovun yaşadığı Giləzi qəsəbəsindəki evdə kəllə-beyin xəsarətindən ölməsi barədə məlumat daxil olub. 

Daxil olan məlumat əsasənda rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla oğlu Sənanın münaqişə zəminində atasını taxta parçası ilə vurmasına əsaslı şübhələr müəyyən olunub. 

S.Aftilov polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib. 

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü maddəsi (Qəsdən sağlamlığa ağır zərər vurma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) ilə cinayət işi başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2058
avatar

Arzu Qurbanlı

Oxşar yazılar