Lent.az-ın əldə etdiyi məlumata görə, özünü dənizə ataraq həyatına son qoyan şəxsin 30 yaşlı Elşən Həsənov olduğu məlum olub.
Məlumata əsasən, onun intihar etməsinin səbəbi də müəyyənləşib.
Belə ki, Elşənin anası Rəfiqə Həsənova noyabrın 12-də yaşadığı evin həyətində özünü asıb. Buna dözə bilməyən E. Həsənov da özünü dənizə ataraq həyatına son qoyub.
Faktla bağlı araşdırma aparılır.