Daxili İşlər Nazirliyi Zərdabda məktəblinin ölümünə münasibət bildirib.
Nazirliyin mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, qeyd edilən hadisə səhər saatlarında rayonun Əlvənd kəndi ərazisində baş verib. T. Feyzullayev idarə etdiyi nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman məktəblini vurub.
Məktəbli xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Zərdab RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.
***
Saat: 14:00
Zərdabda II sinif şagirdi vəfat edib.
Lent.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.
Məlumata görə, Əlvənd kənd tam orta məktəbin II sinif şagirdi Zülfüqarlı Nuray Vəkalət qızı vəfat edib. Onun məktəbə gedərkən yolda maşın vurması nəticəsində həyatını itirdiyi deyilir.
Faktla bağlı araşdırma aparılır.