Gəncə Dövlət Universitetinin avtomobili cərimələnib.
Lent.az-ın məlumatına görə, universitetə məxsus avtomobil yol polisi tərəfindən saxlanılıb və cərimə yazılıb.
İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) maddəsi ilə tərtib olunan protokol baxılması üçün Gəncə şəhər Nizami rayon Məhkəməsinə göndərilib. İş hakim Zaur Hümmətovun icraatına verilib.
Həmin maddə əsasında universitet 300 manat məbləğində cərimələnə bilər.