Saatlıda intihar hadisəsi olub.
Lent.az xəbər verir ki, hadisə Məzrəli kəndində qeydə alınıb. Kənd sakini 37 yaşlı Telman Mehtiyev yaşadığı evin yaxınlığında özünü ov tüfəngi ilə güllələyib. Xəstəxanaya yerləşdirilən yaralı orada ölüb.
Sosial şəbəkədə yayılan məlumata görə, biznesmen T. Mehtiyev ticarətlə məşğul olub. O, 1 milyon manat borca görə həyatına qəsd edib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.