“Ötən il Azərbaycanda 612 özünüöldürmə və özünüöldürməyə cəhd hadisələri qeydə alınıb”.
Lent.az-ın məlumatına görə, bunu baş prokuror Kamran Əliyev ötən ilin yekunlarına dair keçirilən geniş kollegiya iclasında bildirib.
Onun sözlərinə görə, intihar hadisələri ilə bağlı 81 cinayət işi açılıb, 6 nəfər iş üzrə təqsirləndirilən şəxs kimi istintaqa cəlb edilib, 5-nin işi isə məhkəməyə göndərilib.