Azərbaycanda bir gecədə 4 MAŞIN YANDI
09 avqust 2021 08:31 (UTC +04:00)

Azərbaycanda bir gecədə 4 MAŞIN YANDI

0

Bakının Binəqədi rayonunda “Ford” markalı (qəzalı) yük avtomobilinin yanar hissələri yanıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, yüksək temperaturdan digər avtomobilin - “Mercedes” markalı yük avtomobilinin 1 qapısı, üstündə olan soyuducusu qismən və “Jeep” markalı minik avtobilinin 1 ədəd arxa fənəri və buferi əriyib.

Avtomobillərin qalan hissəsi yanğından mühafizə olunub.

Biləsuvar rayonunun Çaylı kəndində isə "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2000

Oxşar yazılar