Goranboyda bədbəxt hadisə baş verib.
APA-nın yerli bürosunun məlumatlına görə, hadisə Ballıqaya kəndi ərazisində qeydə alınıb.
Bərdədə məskunlaşan Laçın rayon sakini, 1974-cü il təvəllüdlü Əhmədov Əhməd Xanalı oğlu yaylaqda qoyun otaran zaman onu ildırım vurub. 47 yaşlı Kişi hadisə yerində dünyasını dəyişib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit müayinə edilməsi üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Goranboy rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb.