Azərbaycanda ağır QƏZA:  minik maşını "MAN"la toqquşdu
15 avqust 2022 19:26 (UTC +04:00)

Azərbaycanda ağır QƏZA: minik maşını "MAN"la toqquşdu

İsmayıllıda ağır yol-nəqliyyat hadisəsi olub.

Lent.az xəbər verir ki, hadisə rayonun Ruşən kəndində baş verib. 52 yaşlı Əsədov Hafis Sabir oğlunun idarə etdiyi "VAZ-21011" markalı avtomobil qarşıdan gələn 55 yaşlı Fərhadov Mürsəl Xıdırnəbi oğlunun idarə etdiyi "MAN" markalı yük avtomobili ilə toqquşub. Nəticədə minik maşınının sürücüsü hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

# 2304
avatar

Mehman Nəbiyev

Oxşar yazılar