Ucarda 8 aylıq uşaq həyatını itirib.
Lent.az-ın APA -ya istinadən xəbərinə görə, hadisə bu gün rayonun Yuxarı Şilyan kəndində baş verib.
Kənd sakini, 2022-ci il təvəllüdlü Yusif Kamil oğlu Allahverdiyev halı pisləşdiyindən yaxınları tərəfindən Ucar Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda ölüb. Ölümün dəqiq səbəbi hələ ki, məlum deyil. Məlumata görə, Ramazan bayramı ərəfələrində Yusifdə qızdırma, qusma kimi əlamətlər müşahidə olunub. Müalicə olunduqdan sonra səhhətində bir qədər yüngülləşmə olsa da bu gün vəziyyəti daha da kəskinləşib. Xəstəxanaya aparılarkən yolda həyatını itirib.
Qeyd edək ki, ailənin evlilikdən sonra uzun müddət övladları olmayıb. Ötən il əkiz övlad sahibi olan ailənin 2-3 aydan sonra uşaqlarından biri ölüb. Yusif ailənin tək övladı olub.