Azərbaycanda 3 nəfər hamamda öldü,  1-i zəhərləndi
04 may 2026 10:31 (UTC +04:00)

Azərbaycanda 3 nəfər hamamda öldü, 1-i zəhərləndi

1

Azərbaycanda 3 nəfər hamamda ölüb.

Lent.az xəbər verir ki, Gəncə şəhər sakini, 1970-ci il təvəllüdlü Qalib Adil oğlu Mirzəyev yaşadığı evin hamamında, Tovuz rayon sakini, 1953-cü il təvəllüdlü Rafayel Mirzə oğlu Hüseynov yaşadığı evin hamamında və Bərdə rayon sakini, 1956-cı il təvəllüdlü Mansır Behbud oğlu Bayramov yaşadığı evin hamamında ölüblər.

Onların dəm qazından zəhərləndiyi ehtimal olunur.

Bundan başqa, Gədəbəy şəhər sakini 2025-ci il təvəllüdlü Əsma Orxan qızı Məmmədova yaşadığı evdə dəm qazından zəhərlənib. Xəstəxanaya yerləşdirilmiş Ə.Məmmədovanın vəziyyəti qənaətbəxşdir.

Araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 2510

Oxşar yazılar