Azərbaycanda 3-cü sinif şagirdini maşın vurub...
04 iyun 2021 15:34 (UTC +04:00)

Azərbaycanda 3-cü sinif şagirdini maşın vurub...

Zaqatalada məktəblini maşın vurub.

APA-nın məlumatına görə, hadisə Zaqatala-Aşağı Tala kənd avtomobil yolunda, Aşağı Tala 1 Saylı tam orta məktəbin qarşısında baş verib.

10 yaşlı Aşağı Tala kənd sakini, Cuma İlkin oğlu Şabanov Zaqatala-Aşağı Tala marşitu ilə işləyən mikroavtobusdan düşüb məktəbə getmək istəyən zaman, Zaqatala rayon sakini Kamran Ramazanovun idarə etdiyi “VAZ 21074” markalı minik avtomobili tərəfindən vurulub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan 3-cü sinif şagirdi C. Şabanov Zaqatala Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

# 1995
avatar

Oxşar yazılar