Azərbaycanda son 18 ildə zərərsizləşdirilən cinayətkar qrup və dəstələrin sayı açıqlanıb.
Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, qeyd olunan dövr ərzində 22 mindən çox cinayətkar qrup və dəstə polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.
Həmçinin, son 18 il ərzində əllərdə qanunsuz saxlanılan 17 minə yaxın odlu silah aşkarlanaraq götürülüb. Həmçinin törədilən cinayətlərin orta hesabla 87 faizinin açılması təmin olunub.