Sosial şəbəkələrdə Şəkinin Kiçik Dəhnə kəndində 16 yaşlı qızın ərə verilməsi ilə bağlı videogörüntülər yayılıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Lent.az-a bildirib ki, yayılan görüntülər əsasında rayon Polis Şöbəsində dərhal araşdırmalara başlanılıb. Araşdırma zamanı 16 yaşlı M.H. ilə 30 yaşlı M.S.nin evləndirilməsi faktı öz təsdiqini tapıb. Yeniyetmənin valideynləri polisə dəvət olunub və onların izahatları alınıb.
Hazırda Şəki rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.