Azərbaycan onları Özbəkistana  təhvil verdi
27 mart 2024 16:33 (UTC +04:00)

Azərbaycan onları Özbəkistana təhvil verdi

Beynəlxalq axtarışda olan Özbəkistan vətəndaşları öz ölkələrinə təhvil verilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Özbəkistan Respublikasının vətəndaşları 1985-ci il təvəllüdlü Xasanov Siyavuş Xalimoviçin və 1990-cı il təvəllüdlü Abduraximov Sarvar Kamolitdin oğlunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatətləri Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Özbəkistan Respublikasının qanunvericiliyinə uyğun olaraq dələduzluq əməlini törətməkdə təqsirləndirilərək beynəlxalq axtarışa verilən Siyavuş Xasanov və Sarvar Abduraximov cari il mart ayının 6-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılıb və barələrində həbs qətimkan tədbiri seçilib.

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxslərin ekstradisiyası haqqında qərarlar qəbul edilib və onlar Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistanın səlahiyyətli orqanlarına təhvil verilib.

# 2835
avatar

Oxşar yazılar

NAXÇIVANDA DƏHŞƏT:   Ocaq qalamaq istədi, yandı

NAXÇIVANDA DƏHŞƏT: Ocaq qalamaq istədi, yandı

1 may 2024 , 23:10
“Gənclik”də sərnişin qatar yoluna düşüb

“Gənclik”də sərnişin qatar yoluna düşüb

1 may 2024 , 22:46
Göyçayda gənc qız özünü asdı

Göyçayda gənc qız özünü asdı

1 may 2024 , 20:46
Polis iş yerində özünü öldürdü

Polis iş yerində özünü öldürdü

1 may 2024 , 19:37
Azyaşlı  binadan yıxılıb   öldü

Azyaşlı binadan yıxılıb öldü

1 may 2024 , 18:45
Azərbaycanda vəzifəli şəxslər CİNAYƏT BAŞINDA YAXALANDILAR  -VİDEO

Azərbaycanda vəzifəli şəxslər CİNAYƏT BAŞINDA YAXALANDILAR -VİDEO

1 may 2024 , 16:50
Azərbaycandan çıxışına qadağa qoyulan  495 nəfərin ölkəni tərk edə bilmədi

Azərbaycandan çıxışına qadağa qoyulan 495 nəfərin ölkəni tərk edə bilmədi

1 may 2024 , 16:03
Vilayət Eyvazovdan YENİ TƏYİNAT

Vilayət Eyvazovdan YENİ TƏYİNAT

1 may 2024 , 15:52