Bakıda həbsxanaların birində ölüm hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə mayın 29-da müalicə müəssisəsində qeydə alınıb. 46 yaşlı məhbus Xankişiyev Hicran Ədhəm oğlu qəfil dünyasını dəyişib. Onun beyin qansızmasından öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.