Ayrıldığı qızın evinə benzin töküb yandırdı
24 fevral 2024 14:18 (UTC +04:00)

Ayrıldığı qızın evinə benzin töküb yandırdı

Türkiyədə oğlan barışmaq istəməyən keçmiş sevgilisinə dəhşət yaşadıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Kocaeli şəhərinin Gabze qəsəbəsində baş verib. B.U. bir müddət əvvəl ondan ayrılan sevgilisi S.K.-ya barışmağı təklif edib. Lakin qız bunu rədd edib.

Belə olduqda B.U. hiddətlənib və qisas almaq qərarına gəlib. O, qızın yaşadığı evin yaxınlığına gəlib və ətrafa benzin tökərək yandırıb. Hadisə anı ərazidəki təhlükəsizlik kameralarına da yansıyıb.

Lakin yanğınsöndürənlərə dərhal məlumat verildiyi üçün yanğın vaxtında söndürülüb.

Hazırda B.U.-nun tapılması üçün axtarış işləri keçirilir.

# 2673
avatar

Oxşar yazılar