Axtarışda olan narkotacir saxlanıldı
26 yanvar 2023 13:19 (UTC +04:00)

Axtarışda olan narkotacir saxlanıldı

0

Bakıda axtarışda olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Xəzər rayonunun Binə qəsəbəsindəki bir ofisin kondisioner mühərrikinin qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən, Cinayət Məcəlləsinin 234-cü maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə axtarışda olan Bakı şəhər sakini F.Mirzəyev saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1835

Oxşar yazılar