Lənkəran rayonunun Gərmətük kəndi ərazisində "VAZ-2107" ilə "Chevrolet" markalı avtomobillər toqquşub.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, Firudin Babayevə məxsus 10-RM-069 dövlət qeydiyyat nişanlı "VAZ-2107" markalı avtomobil yaxınlıqdakı yüksək gərginlikli elektrik dirəyini aşırıb və nəticədə nəqliyyat vasitəsi alışıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin Lənkəran Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub.
Yanğın söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.