Beyləqanda avtomobil qəzası baş verib.
Lent.az-ın məlumatına görə, hadisə rayonun Mil qəsəbəsində qeydə alınıb.
Belə ki, 1994-cü il təvəllüdlü Səbuhi Muxtarlı idarə etdiyi “VAZ 21051” markalı avtomobillə hərəkətd olarkən idarəetməni itirib.
Nəticədə maşın betona çırpılıb. Sürücü aldığı xəsarətlərdən xəstəxanada həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.