Avtomobil aşdı - Xəsarət alanlar var -FOTO
19 mart 2023 19:05 (UTC +04:00)

Avtomobil aşdı - Xəsarət alanlar var-FOTO

Oğuzda yol qəzası baş verib, xəsarət alanlar var.

APA-nın Şimal-qərb bürosunun xəbərinə görə, hadisə axşam saatlarında Oğuz şəhərinin girişində baş verib.

Hərəkətdə olan “VAZ 21099” markalı minik avtomobili idarəetmədən çıxaraq dəmir elektrik dirəyinə çırpılıb, daha sonra avtomobil aşıb. Qəza zamanı avtomobilin sürücüsü və bir nəfər sərnişin xəsarət alıb. Yaralılar müayinə və müalicə edilmək üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı Oğuz rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2607
avatar

Oxşar yazılar