Avro-2023: Voleybolçulardan ibarət millimiz İsveç komandasına məğlub olub
24 avqust 2023 04:21 (UTC +04:00)

Avro-2023: Voleybolçulardan ibarət millimiz İsveç komandasına məğlub olub

Avropa çempionatında iştirak edən qadın voleybolçulardan ibarət millimiz qrupda son oyununa çıxıb.

Lent.az xəbər verir ki, C qrupunda yer alan komandamız İsveçlə qarşılaşıb. Bu matçda yığmamız 1:3 (17:25, 25:17, 21:25, 18:25) hesabı ilə məğlub olub.

Qeyd edək ki, komandamızın növbəti mərhələyə yüksəlib-yüksəlməyəcəyi Çexiya-İsveç qarşılaşmasından sonra bəlli olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1464

Oxşar yazılar