Moskvada qadın köhnə disklər taparaq keçmiş ərinin pedofil olduğunu öyrənib.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, Akademiçeski rayonunun 46 yaşlı sakini mənzilində təmizlik işləri görərkən təsadüfən stolun çəkməsində iki disk tapıb. O, disklərə baxaraq keçmiş ərinin pedofil olduğunu öyrənib. Disklərdə iki video tapılıb ki, onlardan birində fotostudiyanın 47 yaşlı direktoru 10 yaşlı uşağa təcavüz edib. Digərində isə 14 yaşlı yeniyetməni təhqir edərək, ona qeyri-etik hərəkətlər edib.
Qadın materialları polisə aparıb və deyib ki, bir neçə ildir kişi ondan ayrılaraq Moskva yaxınlığında Zveniqoroddakı mənzilində yaşayır.
Hüquq-mühafizə orqanlarının əməkdaşları iki il əvvəl orada kompromatların aparıldığını müəyyən ediblər. O da məlum olub ki, pedofil yalnız anası tərəfindən böyüdülmüş uşaqları zorlamağa üstünlük verib. Cinayətkar düşünüb ki, zərərçəkmişlər baş verənləri analarına danışmağa utanacaqlar.
Video çəkilişlərin sahibi saxlanılıb, “14 yaşına çatmayan şəxsi zorlama” və “16 yaşına çatmayan şəxsə qarşı nalayiq hərəkətlər” maddələri ilə cinayət işi başlanıb.