Atalar günü  AİLƏ FACİƏSİ:   arvadını, iki uşağını və özünü güllələdi
24 iyun 2021 19:33 (UTC +04:00)

Atalar günü AİLƏ FACİƏSİ: arvadını, iki uşağını və özünü güllələdi

37 yaşlı Lesli Mavrakisin qohumları onun ABŞ-ın Cekson şəhərindəki evinə gələndə heç kim qapını açmayıb. 

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, narahat qadın xilasediciləri çağırıb və tezliklə qorxunc mənzərə ilə qarşılaşıblar. Güllələnən Lesli və iki övladının yanında 47 yaşlı əri Nikolasın da meyiti aşkarlanıb.  

Sonradan Nikolasın qardaşı Tonu “Facebook” səhifəsində yazıb ki, kişi guya özü bütün ailəsini öldürüb, sonra özü də intihar edib. 

O, Əfqanıstanda və İraqda xidmət etmək də daxil olmaqla ömrünün uzun illərini orduda keçirib, bu da onun əsəb sisteminə mənfi təsir göstərib: travmadan sonrakı stres xəstəliyi inkişaf edb.

Hadisənin hansı səbəbdən baş verdiyi isə hələ ki məlum deyil.

# 2493
avatar

Oxşar yazılar