Hindistanda ata öz qızı ilə vəhşicəsinə rəftar edib, sonra isə digər qızlara xəbərdarlıq olaraq onun cəsədini motosikletin arxasına bağlayaraq bütün kəndi gəzdirib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, hadisə Hindistanın Pəncab ştatının Muçhal kəndində baş verib.
Evdən çıxaraq səhəri gün qayıdan 16 yaşlı qızının bu hərəkəti atanı qəzəbləndirib. Nəticədə kişi sözünə baxmayan qızını döyüb, daha sonra isə bıçaqla onu kəsib.
Bundan sonra ata qızının meyitini motosikletə bağlayıb, onu kənddə sürüyüb, sonra isə meyiti dəmiryol relslərinə atıb.
Qeyd olunur ki, dəhşətli qətldən sonra həmin şəxs özünü “ləyaqət sahibi” adlandıraraq əməlindən peşman olmayıb. O, həbs olunub.