Ata Abdullayev
13 iyul 2021 15:03 (UTC +04:00)

Ata Abdullayev

Ata Abdullayevlə bağlı yeni MƏHKƏMƏ QƏRARI

Səbail rayon Məhkəməsində Ata Abdullayevin barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanın təqdimatına baxılıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, məhkəmə istintaq orqanının təqdimatı təmin edib, A. Abdullayev barəsində həbs qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb.

Qeyd edək ki, A. Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən bu ilin mart ayında saxlanılıb.

O, hədə-qorxu ilə pul tələb etməkdə ittiham edilib. Barəsində Səbail rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4218
avatar

Oxşar yazılar