Ata Abdullayev əfv olunmaq istəyir
07 aprel 2023 13:45 (UTC +04:00)

Ata Abdullayev əfv olunmaq istəyir

1

Həbsdə olan bloger Ata Abdullayev əfv olunmasını istəyir.

Lent.az APA-ya istinadla xəbər verir ki, bununla bağlı Prezident yanında Əfv Məsələləri Komissiyasına müraciət edilib.

Xatırladaq ki, Ata Abdullayev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən 2021-ci ilin mart ayında həbs olunub. O, Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü il 7 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə hökmü qüvvədə saxlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 2229

Oxşar yazılar