Sankt-Peterburqda kişi altı yaşlı qızı əsir saxlayır.
Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, hadisə Serebristi bulvarında baş verib. Kişi öz qızını buraxmaq istəmir. Hadisə yerinə polis gəlib, lakin onların icazəsi olmadığı üçün hazırda içəri daxil ola bilmirlər.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları ilə yanaşı, qızın anası da gəlib. O, baş verənləri əməliyyat xidmətlərindən öyrənib.
Məlum olub ki, uşağın atası psixonevroloji klinikada nəzarətdədir. Onun niyə qızı girov götürmək qərarına gəldiyi barədə məlumat verilmir.