Astarada ruhi xəstə maşın qaçırdı
11 avqust 2023 12:59 (UTC +04:00)

Astarada ruhi xəstə maşın qaçırdı

0

Astarada maşın qaçırılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, avqustun 10-da Astara rayon Polis Şöbəsinə Siyakü kəndi ərazisindən “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən ruhi-əsəb xəstəsi olan şəxs qısa müddətdə Pensər kəndi ərazisində avtomobillə birgə saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2017

Oxşar yazılar