Astarada aptekə basqın edilməsi ilə bağlı araşdırma aparıldı - NƏTİCƏSİ
07 iyul 2023 12:47 (UTC +04:00)

Astarada aptekə basqın edilməsi ilə bağlı araşdırma aparıldı - NƏTİCƏSİ

Daxili İşlər Nazirliyi Astarada poçt müdirinin aptek müdirindən pul tələb etməsi ilə bağlı araşdırma aparıb.

Nazirliyin mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a bildirilib ki, polisə edilən  müraciət əsasında aparılan araşdırma zamanı məlum olub ki, adıçəkilən şəxslər arasında borc mübahisəsi var:

“İlkin araşdırma zamanı hədə-qorxu ilə tələb etmə faktı təsdiqini tapmayıb və həmin müraciətin qərəzli şəkildə edildiyi müəyyən olunub. Hazırda məsələ ilə bağlı Astara rayon Polis Şöbəsində araşdırma aparılır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1941
avatar

Oxşar yazılar