ASAN xidmətə saxta pul verən tutuldu
25 iyul 2023 15:19 (UTC +04:00)

ASAN xidmətə saxta pul verən tutuldu

Gəncədə vətəndaşdan saxta pul əskinası aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, DİN-in Gəncə Regional Mühafizə İdarəsinin əməkdaşları tərəfindən şəhər ərazisindəki ASAN xidmət mərkəzində xidmət aparılarkən Samux rayon sakinindən 1 ədəd saxta 50 manatlıq pul əskinası aşkarlanaraq götürülüb. Həmin şəxs saxta pulla rüsum ödəməyə çalışırmış. 

Hazırda saxta pulun əldə edildiyi mənbənin müəyyən olunması istiqamətində zəruri tədbirlər davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2130
avatar

Oxşar yazılar