Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri Arye Gut vəfat edib.
Lent.az xəbər verir ki, Azərbaycan əsilli yəhudi Arye Gut uzun müddətdir ki, xərçəngdən əziyyət çəkirmiş. O, 47 yaşında dünyadan köçüb.
Qeyd edək ki, Ayre Gut Bakı şəhərində doğulub. Ali təhsilini isə Bakı Dövlət Universitetində alıb. Arye Gut rus, ingilis, ivrit, türk və alman dillərində sərbəst danışırmış.
Bununla yanaşı, Arye Gut İsrail-Turkiyə və İsrail-Azərbaycan münasibətləri sahəsində İsraildə aparıcı mütəxəssislərindən biri kimi tanınıb.
Allah rəhmət eləsin!