Moskva yaxınlığındakı Balaşixada Federal Təhlükəsizlik Xidmətinin polkovnik-leytenantı intihar edib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, intihara səbəb məişət münaqişəsi olub.
Bildirilir ki, hadisə oktyabrın 22-də yerli vaxtla saat 21.20-də Federal Təhlükəsizlik Xidmətinin xüsusi rabitə və informasiya xidmətinin əməkdaşı, 46 yaşlı kişinin mənzilində baş verib. Otaqlardan birində zabit meyiti tapılıb, ekspert onun intihar etdiyini müəyyən edib.
Məlum olub ki, axşam saatlarında polkovnik-leytenant spirtli içki qəbul etdikdən sonra həyat yoldaşı ilə dava edib. Faciəyə də davanın səbəb olduğu ehtimal edilir.