Armatur biznesi adı ilə 190 minlik dələduzluq  edən 4 nəfər TUTULDU
11 may 2026 14:54 (UTC +04:00)

Armatur biznesi adı ilə 190 minlik dələduzluq edən 4 nəfər TUTULDU

0

Su Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən 4 nəfər — T.Bədəlov, P.Qurbanov, S.Xəlilov və K.Fətəliyev saxlanılıblar.

Lent.az-ın əldə etdiyi xəbərə görə, araşdırmalarla məlum olub ki, onlar zərərçəkmişə dəmir armatur satacaqları vədini verərək etibarını qazanıblar. Daha sonra müxtəlif bəhanələrlə zərərçəkmişdən hissə-hissə pul alıblar.

Müəyyən edilib ki, saxlanılan şəxslər götürdükləri öhdəlikləri yerinə yetirməyərək zərərçəkmişə ümumilikdə 190 min manat maddi ziyan vurublar.

Faktla bağlı cinayət işi başlanıb. Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1192

Oxşar yazılar