Aptekə oğurluğa girmişdi, faciəvi   şəkildə öldü
23 avqust 2023 15:55 (UTC +04:00)

Aptekə oğurluğa girmişdi, faciəvi şəkildə öldü

Moskvada apteki qarət etmək istəyən şəxs faciəvi şəkildə ölüb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, təxminən 30 yaşlarında olan arıq bir kişi qapını sındıraraq aptekə girib. O, kassadan pulları götürərək eyni yolla geri qayıtmağa çalışıb. Amma oğrunun ayaq basdığı vitrin şüşəsi ağırlığa dözməyərək sınıb. O, yıxılıb və ayağını şüşə ilə kəsib. Nəticədə kəskin qanaxma başlayıb. Kişi çölə çıxmaq üçün stulu qapıya çırpıb. Ancaq bir müddət sonra yerə yıxılaraq sakit qalıb.

Bu vaxta qədər artıq hadisə yerinə polis və təcili yardım əməkdaşları gəliblər. Yaralı oğru təcili yardım maşınında dünyasını dəyişib.

Məlumata görə, o, əvvəllər oğurluğa görə məhkum olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1932
avatar

Oxşar yazılar