Binəqədi rayon Prokurorluğu yeniyetmənin törətdiyi qətllə bağlı məlumat yayıb.
Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, iyulun 12-də paytaxtın Binəqədi rayon sakini, 1990-cı il təvəllüdlü Elnar Qədimovun qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanıb. İstintaqla zərərçəkmişin tanışı 2005-ci il təvəllüdlü Bəhruz Mehrəliyevin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Elnar Qədimovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Bəhruz Mehrəliyev şübhəli şəxs qismində istintaqa cəlb edilib.
Hazırda iş üzrə istintaq davam edir.
***
saat 02:48
Bakının Binəqədi rayonunda qətl hadisəsi baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə 1-ci mədən 9-cu korpus ərazisində baş verib.
1990-cı il təvəllüdlü Elnar Qədimov 16 yaşlı yeniyetmə ilə əlbəyaxa dava edib. Bu zaman yeniyetmə bıçaqla E.Qədimovu boğazından vurub. E.Qədimov hadisə yerində ölüb.
Məlumata görə, mübahisəyə səbəb E.Qədimovun yeniyetmənin anasının ünvanına nalayiq ifadə işlətməsi olub.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət işi başlanılıb.