Anası gəzməyə aparmadı,  qız özünü binadan atdı
11 iyun 2024 14:41 (UTC +04:00)

Anası gəzməyə aparmadı, qız özünü binadan atdı

Rusiyanın Sankt-Peterburq şəhərində 13 yaşlı qız intihar edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, qız tez-tez dostlarına valideynlərinin çox sərt olmasından və ona həddən artıq nəzarət etməsindən şikayətlənib. Ölümündən əvvəl o, anasından gəzməyə getməsini xahiş etsə də, anası əhəmiyyət verməyib. Daha sonra qadın qızından həyəcanlı mesaj alıb, qız ona görə intihar edəcəyini yazıb.

Nəticədə yeniyetmə qız özünü binadan atıb.

Məlum olub ki, ana döyülməsi və sağlamlığa yüngül zərər vurması ilə bağlı cinayət işlərində müttəhim olub.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3159
avatar

Oxşar yazılar