Ana yeni doğduğu körpəsini zibil qutusuna atdı
10 noyabr 2023 18:00 (UTC +04:00)

Ana yeni doğduğu körpəsini zibil qutusuna atdı

Moskvanın şərqində qadın yeni doğulmuş körpəsini zibil qutusuna qoyub.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, hadisə Veşnyakovskaya küçəsində baş verib.

Məlumata görə, qadın mənzildə uşaq dünyaya gətirib. Sonra onu birinci mərtəbədəki zibil qutusuna qoyub. Pilləkənin enişində qan olduğunu görən qonşular hüquq-mühafizə orqanlarını çağırıblar.

Uşaq sağdır və ona lazımi yardım göstərilir. Polis gələndə anası evdə olub. Baş vermiş hadisə əsasında “azyaşlının qətlə yetirilməsinə cəhd” maddəsi ilə cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4665
avatar

Oxşar yazılar