Ana və iki övladı dəm qazından zəhərləndi
30 iyun 2021 09:00 (UTC +04:00)

Ana və iki övladı dəm qazından zəhərləndi

0

Mingəçevirdə zəhərlənmə hadisəsi qeydə alınıb. 

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Nəriman Nərimanov küçəsi, 41 ünvanında baş verib.

Ana və iki azyaşlı övladı yaşadığı mənzildə dəm qazından zəhərlənərək halsız duruma  düşüb. 1987-ci il təvəllüdlü ana Vəsilə Yusifova, qızı 2013-cü il təvəllüdlü Nərmin Elçin qızı Yusifli və 10-12 yaşlı daha bir qız övladı təcili xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1483

Oxşar yazılar