Ana dünyaya gətirdiyi körpəni görüb qorxudan ağladı
10 mart 2025 08:50 (UTC +04:00)

Ana dünyaya gətirdiyi körpəni görüb qorxudan ağladı

ABŞ-nin Alabama ştatında bir qadın doğuşdan sonra körpəsinə baxarkən qorxudan ağlamağa başlayıb.

Lent.az xəbər verir ki, yeni doğulan körpənin gözləniləndən böyük olması qadında narahatlıq yaradıb.

Alabamada yaşayan 21 yaşlı Pamela Mann vaxtından əvvəl doğuş üçün xəstəxanaya müraciət edib.

Doğuş otağında saatlarla qalan Mann 6 kilo 110 qramlıq qız uşağı dünyaya gətirib.

Paris Halo adını verdiyi qızını qucağına alan ana şokdan göz yaşlarını saxlaya bilməyib.

Orta hesabla yeni doğulan körpədən iki dəfə böyük olan körpə panikaya səbəb olub.

Hazırda ananın 16 günlük körpəyə 6 aylıq körpə paltarı geyindirdiyi bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 994

Oxşar yazılar