Amerikalı siyasi fəal və ABŞ prezidenti Donald Trampın tərəfdarı Çarli Kirk sui-qəsd nəticəsində ölüb.
Lent.az xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" hesabında məlumat yayıb.
“Böyük və hətta əfsanəvi Çarli Kirk vəfat edib”.
***
23:45
Amerikalı siyasi fəal və ABŞ prezidenti Donald Trampın tərəfdarı Çarli Kirk Yuta Universitetində çıxışı zamanı güllələnib.
Lent.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məlumata görə, hücumda şübhəli bilinən şəxs saxlanılıb, polis hadisə ilə bağlı araşdırma aparır.
CNN-in məlumatına görə, ABŞ administrasiyasının əməkdaşları dərhal Kirk-in komandası ilə əlaqə saxlayaraq onun vəziyyəti barədə məlumat alıblar.
Hadisə Ağ Evin ciddi narahatlığına səbəb olub.