Rusiyanın Leninqrad vilayətinin Nazia kəndində it qadını parçalayaraq öldürüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, təcili zəng mərkəzinə anasının meyitinin tapıldığını bildirən bir kişi zəng edib. Onun sözlərinə görə, onu it öldürüb.
66 yaşlı qadının meyiti Jeleznodorojnaya küçəsindəki evlərin birinin həyətində tapılıb. Ölümün ilkin səbəbi təqaüdçünün Alabay cinsli itin hücumuna məruz qalmasıdır. Heyvan sahibinin dərisini soyub. Üzərində zorakı izlər olan meyit morqa göndərilib.
Hadisə ilə bağlı məlumatı Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsi təsdiqləyib.