Ağdaşda narkotikin təsiri altında avtomobil idarə edən 15 sürücü müəyyən olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, ötən ay ərzində bu istiqamətdə keçirilən tədbirlərlə narkotikin təsiri altında nəqliyyat vasitəsi idarə edən 15 sürücü saxlanılıb. Araşdırma zamanı onlardan bəzilərinin sürücülük hüququ olmadığı da məlum olub.
Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilərək qanunamüvafiq tədbirlər görülüb.