Bu gün saat 07 radələrində Bakı-Qazax avtomobil yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində “Mercedes ” markalı iki yük avtomobili toqquşub.
Lent.az xəbər verir ki, nəticədə “Mercedes Atego” markalı avtomobilin sürücüsü, 46 yaşlı Cabbar Cabbarov xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.
***
saat 10:30
Ağdaşda avtomobil qəzası baş verib.
Hadisə Bakı-Ələt-Qazax avtomobil yolunun Ağdaş ərazisindən keçən hissəsində baş verib.
Hadisə nəticəsində eyni istiqamətdə hərəkət edən avtomobillər toqquşub.
Nəticədə bir nəfər ölüb.
Faktla bağlı araşdırma aparılır.