Ağdamdakı ağır qəzada ölənlərin sayı 4-ə çatdı - YENİLƏNİB
10 may 2026 08:41 (UTC +04:00)

Ağdamdakı ağır qəzada ölənlərin sayı 4-ə çatdı - YENİLƏNİB

1

Ağdam rayonu ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsində ölənlərin sayı artıb.

Lent.az APA-ya istinadən xəbər verir ki,, ağır yaralananlardan daha bir nəfər həyatını itirib. Bununla da qəza nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.

Hadisə yerinə cəlb olunan FHN-nin Qarabağ Regional Mərkəzinin xilasediciləri avtomobillərdə sıxılmış vəziyyətdə qalan meyitləri çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırma davam etdirilir.



07:52



Ağdamda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, qəza Ağdam-Xankəndi yolunun Ağdam rayonunun Çuxurməhlə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “KIA” və “VAZ-2106” markalı minik avtomobilləri toqquşub. İlkin məlumata görə, qəza nəticəsində 3 nəfər ölüb, 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 2104

Oxşar yazılar