Ağcabədidə eyni gündə 5 otaqlı ev və minik avtomobili yandı
12 iyul 2021 08:39 (UTC +04:00)

Ağcabədidə eyni gündə 5 otaqlı ev və minik avtomobili yandı

Ağcabədi rayonunun Sarvanlar kəndində “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, rayonunun Aşağı Avşar kəndində isə ümumi sahəsi 156 m² olan birmərtəbəli 5 otaqlı evin 4 otağının yanar konstruksiyaları və dam örtüyü 106 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

# 1053
avatar

Oxşar yazılar