Ağcabədidə uşağı bıçaqlayan saxlanılıb.
Bu barədə Lent.az-a DİN-in mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan 1 nəfər müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
12:40
Ağcabədi rayonunda 7 yaşlı uşağın bıçaq xəsarətləri alması faktı qeydə alınıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, 7 yaşlı S.B sözügedən faktla bağlı Ağcabədi rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından Lent.az-a verilən məlumata görə, fevralın 4-də saat 18 radələrində 7 yaşlı oğlan bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş, deşilmiş yarası diaqnozu ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospilitasiya olunub: "Pasiyent dərhal əməliyyat blokunda alınıb. Əməliyyat icra edildikdən sonra pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Hazırda vəziyyəti orta ağır olaraq qiymətləndirilir".