Xalq artisti Ağadadaş Ağayev bir müddət əvvəl mühafizəçisi ilə dava etdiyi klinikanı məhkəməyə verib.
Lent.az xəbər verir ki, müğənni "Medera Hospital" barəsində iddia qaldırıb. İddia mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələrlə bağlıdır.
Sənətçi iddiasında mənəvi zərərin ödənilməsini tələb edib.
Şikayətə Binəqədi rayon Məhkəməsində hakim NigarNəbizadənin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, Xalq artisti mübahisə zamanı həmin klinikanın mühafizəçisinə balta ilə hücum edib. Bu olay həmin dövr mediada gündəm olub.