Rusiyanın Pulkovo hava limanında kafedə kişi meyiti tapılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, 71 yaşlı kişi dekabrın 14-nə keçən gecə təyyarəyə minməyi gözləyərkən qəfildən pisləşib. Məlum olub ki, aeroport əməkdaşları dərhal həkimləri çağırsalar da, sərnişini xilas edə bilməyiblər.
Məlumata görə, nəqliyyat polisi hadisə ilə bağlı məlumatı təsdiqləyib.